RU
Mülki şəxslər “Azovstal”ı tərk ediblər
11:30
173

Mülki şəxslər “Azovstal”ı tərk ediblər

Ukraynanın Azov alayının komandir müavini Svyatoslav Palamar bildirib ki, dinc sakinlər blokadaya alınmış "Azovstal”ı tərk edə biliblər.

Bu barədə "RBC-Ukraina” CNN-ə istinadən xəbər verir.

O, qeyd edib ki, zavodun ərazisində yerli döyüşlər davam edir.

"Əgər siz konkret olaraq "Azovstal” zavodundan danışırsınızsa, o zaman bizimlə birlikdə olan, qayğısına qaldığımız mülki şəxslər zavodu tərk edə biliblər”, - Palamar bildirib.

Qeyd edək ki, "Azovstal” zavodu Rusiya qoşunları tərəfindən mühasirəyə alınıb. Ukrayna hərbçiləri düşmənin bir neçə dəfə üstün qüvvələrinə baxmayaraq, müdafiə olunurlar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ