RU
Mülki şəxslər polisin bəzi səlahiyyətlərinə malik olacaqlar
12:18
1479

Mülki şəxslər polisin bəzi səlahiyyətlərinə malik olacaqlar

Mülki şəxslər polisin bəzi səlahiyyətlərinə malik olacaqlar.

Azərbaycan Respublikası Prezidentinin 2 mart 2016-cı il tarixli Fərmanı ilə “İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası” təsdiq edilib.

“Polis orqanları ilə əməkdaşlığa şəxsi və işgüzar keyfiyyətlərinə görə fərqlənən, müddətli həqiqi hərbi xidmət keçmiş (qadınlar istisna olmaqla), yaşı 20-dən az və 24-dən çox olmayan Azərbaycan Respublikası vətəndaşları könüllülük əsasında cəlb edilə bilərlər”.

Bunu Vəkillər kollegiyasının üzvü, vəkil Asif Abdullayev deyib.

Onun sözlərinə görə, bunun üçün həmin şəxslərlə müvafiq müqavilə bağlanılır:

“Polislə əməkdaşlıq edən şəxslərə xüsusi forma, döş nişanı və vəsiqə verilir. Həmin şəxslər üçün DİN-in mülki işçiləri üçün müəyyən edilmiş müvafiq təminatlar şamil olunur. Polislə əməkdaşlıq etmək istəyən şəxslər hazırlıq keçməli olacaqlar.

Vətəndaşların ictimai asayişin qorunması ilə bağlı fəaliyyəti hüquqazidd və cəmiyyətə qarşı hörmətsiz davranışın qarşısını almaq məqsədi ilə maarifləndirmə və təbliğat işinin aparılması, narkomaniyanın, alkoqolizmin, yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası, habelə cinayətlərin və digər hüquqpozmaların qarşısının alınmasını və araşdırılmasını təmin etmək üçün zəruri məlumatların polis orqanlarına verilməsi istiqamətləri üzrə həyata keçirilir.

Polis orqanı ilə əməkdaşlıq edən şəxs aşağıdakılara hüququ vardır :

- Hüquqazidd əməllərə son qoyulması ilə bağlı vətəndaşlara və vəzifəli şəxslərə qarşı qanuni tələb irəli sürmək;

- İnsanların həyat və sağlamlığına, ətraf mühitə zərər verə bilən təhlükəni aradan qaldırmaq, habelə əmlakın talanmasının və məhv edilməsinin qarşısını almaq;

- İctimai asayişin pozulması, normal həyat fəaliyyətinə təhlükə yaradan hərəkətlər, onların başvermə səbəbləri və şəraiti barədə dəqiq məlumatı toplayıb polis orqanlarına təqdim etmək;

- İctimai asayişin qorunması sahəsində polis orqanları tərəfindən həyata keçirilən tədbirlərdə iştirak etmək;

- Əhalinin hüquqi maarifləndirilməsində iştirak etmək;

- Qanunvericiliyə zidd olmayan digər tədbirlər həyata keçirmək.

Aşağıdakı şəxslər polis orqanları ilə əməkdaşlığa cəlb edilə bilməzlər:

Cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, psixi xəstəliklə, narkomanlıqla, alkoqolizmlə bağlı müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş və inzibati xəta törətdiyinə görə barəsində son bir il ərzində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxslər”./atv.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ