Aprelin əvvəllərində təmas xəttində baş verən erməni təxribatından sonra cəbhədə yaşanan proseslər, bir neçə günlük aktiv hərbi əməliyyatlar yenidən dünya birliyinin diqqətini Cənubi Qafqaza, xüsusilə bu regiondakı mmünaqişələrin həllinə, Dağliq Qarabağ probleminə yönəltdi. Cəbhə xəttində artan gərginlikdən dərhal sonra başda Rusiya olmaqla ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin tərəfləri sülhə çağırması, problemin həli məqsədilə aktivliik nümayiş etdirmələri müəyyən ümidlər yaratdı. Ancaq cərəyan edən proseslərin fonunda bir məqam da aydın şəkildə özünü büruzə verdi ki, hər bir güc mərkəzi Dağlıq Qarabağ problemi altında regionda söz sahibinə çevrilmək, burada möhkəmlənmək məqsədinə xidmət edir. Bəs görəsən hazırda cərəyan edən proseslər fonunda regionda vəziyyət hansı məcrada inkişaf edir? Ümumiyyətlə, dünyanın güc mərkəzlərinin regiona olan maraqlarının artması Dağlıq Qarabağ probleminin həllində özünü göstərəcəkmi? Bu və ya digər məsələlərlə bağlı Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Analitik Mərkəzinin rəhbəri, ekspert Azər Verdiyevlə söhbətləşdik. Azər Verdiyev “OLAYLAR”-a verdiyi müsahibədə yaxın vaxtlarda Dağlıq Qarabağ probleminin həlli mümkünlüyündən də danışıb.
-Azər bəy, hazırda regionda mövcud olan vəziyyəti necə xarakterizə edərdiniz?
-Hazırda regionda baş verən proseslər ötən ildəki ilə müqayisədə daha qaynar və daha qəlizdi. Düzdür, bəzi siyasi münaqişələrin həlli üçün geniş imkanlar açılıb. Aprelin əvvəlində baş verən olaylar dünyaya bir daha sübut etdi ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş deyil. Bu münaqişə aktivdi və hər an alovlana bilər.
-Aprel əməliyyatlarından sonra beynəlxalq aləmin Cənubi Qafqaza, xüsusilə Qarabağ probleminə diqqətinin artdığını söyləmək olarmı?
-Bir daha qeyd edim ki, dünya dövlətləri və beynəlxalq təşkilatların bir çoxu Dağlıq Qarabağ münaqişəsini dondurulmuş hesab edirdi. Belə bir təsəvvür
yaranmışdı k,i əbədiyyən mövcud status- kvonu saxlamaq olar. Ancaq aprelin əvvəli baş verən olaylar bütün düşüncələri alt-üst etdi. Dünya həm Azərbaycanın gücünü gördü, həm də Ermənistanın işğal olunmuş torpaqlardan çıxarılmasının zəruriliyini dərk etmiş oldu.
-Sizcə, bu diqqət problemin həllinə nə dərəcədə yardımçı olacaq?
-Aprelin əvvəli vaş verən ciddi hərbi proseslərdən sonra Rusiya Federasiyasının baş naziri Dmitri Medvedevin regiona səfəri, dünya liderlərinin İlham Əliyevə dəstək zəngi, BMT baş katibinin Bakı səfəri açıqlaması bir daha göstərir ki, münaqişənin həlli qaçılmazdı. Bu mənada hesab edirəm ki, hərbi qələbəmiz kimi diplomatik qələbəmiz də yaxın günlərdədir.
-Ümumiyyətlə, beynəlxalq aləm Azərbaycanın maraqlarına cavab verən bir həll varinatına nə dərəcədə meyillidir?
-Çox təəssüflər olsun ki, uzun illər dünya erməni yalanlarına inanaraq hərəkət edibdir. Bu faktor həm də münaqişənin həllini gecikdirirdi. Ancaq artıq bütün münaqişələr siyasi və hərbi güclə həll edilir. Hər iki sahədə isə Azərbaycan qalibdir. /olaylar.az
7News.Az








