RU
Murad 2016-cı ilin ilk klipini İsveçdə reallaşdırdı
10:42
607

Murad 2016-cı ilin ilk klipini İsveçdə reallaşdırdı

Murad Arif dünya şöhrətli rəssam Toğrul Nərimanbəyovun həyat yoldaşı Sevil Nərimanbəyovanın sifarişi ilə "Sevgililər" adlı yeni mahnı yazmağı söz vermişdi.

7News.Az-ın məlumatına görə, Murad Arif, bir neçə həftə öncə radiolarda təqdim olunan bu mahnının, heç bir anonssunu etdirmədən klipini təqdim edib.

Klip İsveçin paytaxtı Stokkolm şəhərində çəkilib.

Klipin rejissoru əslən azərbaycanlı olan İsveç rejissoru Tərlan Muxtarovdur.

İfaçı isə klip və mahnı barəsində bu sözləri deyib: "Bu mənim ən təsirli mahnım və ən təsirli videomdur. Dəfələrlə bu mahnını efirlərdə oxuyarkən kövrəlmişəm. Bu səbəbdən mahnını efirlərdə demək olar ki, oxumuram. Həm də efirlərimizdə belə dərin mahnılara demək olar ki, yer yoxdur. Ona görə də mahnını kliplə sevdirmək qərarına gəldim. Rejissor Tərlan Muxtarov sayəsində tamamilə istədiyim bir görüntü ala bildik.. Fəxr edirəm bu layihəmlə."

Həmin mahnını və klipi təqdim edirik.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ