RU
Murat Bozla Aslı Enver gizlincə nişanlandılar
13:40
396

Murat Bozla Aslı Enver gizlincə nişanlandılar

Gah ayrılıb, gah barışan aktrisa Aslı Enver və müğənni Murad Boz cütlüyü ilə bağlı yeni xəbər yayılıb.

7News.Az axşam.az-a istinadən bildirir ki, cütlük yaxın günlərdə nikah masasına oturmağa hazırlaşır. Belə ki, aktrisa və müğənni gizli nişanlanıb.

"Münasibətlərimiz haqda danışmamaq qərarı aldıq", - deyən cütlük bu xəbəri hələ gizli saxlamağa çalışır. Enverin İnstaqram-da paylaşdığı bir görüntü onların sirrini ortaya çıxarıb. Aktrisanın barmağındakı nişan üzüyü diqqətdən qaçmayıb.

 

Daha sonra isə Boz pianino ifa edərkən video yayımlayıb, onun da barmağında nişan üzüyü olduğu görülüb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ