RU
Musa Qasımlı Sabir Rüstəmxanlıya rəqib oldu
21:21
805

Musa Qasımlı Sabir Rüstəmxanlıya rəqib oldu

Tarixçi alim, millət vəkili Musa Qasımlı növbəti Parlament seçkilərində iştirak üçün namizədliyini irəli sürüb. 

O, bu dəfə doğulduğu rayondan – 72 saylı Yardımlı-Masallı Seçki Dairəsindən namizəd olub. 

Maraqlıdır ki, həmin dairədən Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının namizəd olacağı gözlənilirdi. Partiya sədri namizədliyini hələlik rəsmən irəli sürməsə də, KİV-də o, Yardımlıdan namizəd kimi artıq təqdim edilir. 

Belə çıxır ki, hazırda həmin dairədən deputat olan Xalq şairi namizəd olarsa, M.Qasımlıyla rəqabət aparmalı olacaq./aznews

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ