Myanmanın Yanqon şəhərində keçirilən "Miss Grand İnternational 2018" gözəllik yarışmasında gözlənilməz hadisə baş verib.
7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, 20 gözəlin iştirak etdiyi müsabiqədə birinci yerə layiq görülən Paraqvaydan olan Klara Sosa səhnədə özündən gedib.
Aparıcıların və həmkarlarının köməyi ilə ayağa qaldırılan Sosanın başına tac taxılıb. O, göz yaşlarına hakim ola bilməyib.








