RU
15:03
2030

"Musavat" partiyasından kütləvi istefalar başladı

7News.az-ın məlumatına görə bu barədə "Yeni Musavat" qəzetinin Baş Direktoru Ələsgər Süleymanov və qəzetin baş redaktorunun 1-ci müavini Azər Ayxan bəyanat yayıblar. Mətni olduğu kimi təqdim edirik:

"İstefa bəyanatı!

21 ildir Müsavat Partiyasının üzvüyəm. Bu günəcən partiyaya minlərlə adamın üzv olduğunun və istefa verdiyinin şahidi olmuşam. Həmişə özüm-özümə sual vermişım ki, "mən də istefa verə bilərəmmi?, bu qədər yol qət etiyin, heç nə etməsən belə təssübünü çəkdiyin, ən azı davranışlarında nəzərə aldığın mənsubluğundan imtina edə bilmək necə mümkündür?" Son dövrlər göstərir ki, bəzən adamı bunu etməyə məcbur buraxırlar. İstefa verib gedənləri indi anlayıram. Musavat Partiyası buna görə dağılır. Dünəndən gedən məlum müzakirələr bu fikirlərimi yenidən təzələdi. Düşündüm. İstefa bəyanatı vermək istədim. Axı mən Arif Hacılıya görə bu partiyaya üzv yazılmamışam. 
Odur ki, burdan bəyan edirəm. Nə qədər ki, Arif Hacılı Musavat Partiyasının başqanıdır, məni istefa vermiş saya bilər!

Ələsgər Süleymanov"

***

"Bu gündən Müsavat partiyasından istefa verirəm

Müsavat partiyasının rəhbəri Arif Hacılı son müsahibəsində "Yeni Müsavat" qəzeti və Rauf Arifoğlu barədə dediyi təhqiramiz sözlərə, heç bir fakta əsaslanmayan ifadələrə, iftira və böhtanlara görə 1992-ci ilin sentyabr ayından bu günə kimi üzvü olduğum Müsavat partiyasındakı fəaliyyətimi dayandırıram. 
A.Hacılının bu çirkin mövqeyi təkcə R.Arifoğluna qarşı yönəlməyib. O, bu sözləri, böhtan və təhqirləri həm də avtomatik olaraq Rauf bəyin rəhbərlik etdiyi "Yeni Müsavat" media qrupunda çalışan onlarla tanınan imzaya, jurnalist kollektivinə yönəlib. Ən dəhşətlisi isə odur ki, özünü demokrat siyasətçi kimi cəmiyyətə sırımağa çalışan Arif Hacılı bu mövqeyi ilə söz-mətbuat azadlığına qarşı olduğunu sübut etdi. Həmçinin fərqli mövqeyə, baxışa, ifadə azadlığına düşmən mövqedə dayandığını isbatladı. Bir qəzet redaktorunun, jurnalistin partiyadan istefasını şərh edərkən həmin jurnalistə qarşı mənəvi-psixoloji terrora yol verdi. Belə bir düşüncə daşıyıcısının rəhbər olduğu partiyada qalmaq, fəaliyyət göstərmək əslində demokratiyaya, söz və mətbuat azadlığına, prinsiplərə hörmətsizlik olardı.

Azər Ayxan"

***

Məlumat üçün qeyd edək ki, son bir neçə gündə "Musavat" partiyasının rəhbəri Arif Hacılı "Yeni Musavat" qəzetinin təsisçisi Rauf Arifoğlunun ünvanına təhqiramiz ifadələr, şər-böhtan tipli fikirlər səsləndirib. Rauf Arifoğlu isə tutarlı arqumentlərlə partiya sədrinə cavab verib.

YAZI İLƏ BU LİNKDƏN TANIŞ OLA BİLƏRSİNİZ!

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ