Müsavat Partiyası əvvəlcədən seçkidə uğur qazanmaq gücündə olmadığını anlayırdı.
Bu barədə Secki-2015.az saytına açıqlamasında Müsavat başqanının keçmiş müşaviri Səxavət Əlisoy deyib.
Onun sözlərinə görə, cəmiyyət indiki Müsavatın hansı gücə sahib olduğunu yaxşı bilir.
O deyib: "Sadəcə olaraq, onlar düşünürdü ki, Milli Məclisdə bir mandat qazansalar, qanunvericiliyə uyğun olaraq partiya dövlət büdcəsindən maliyyələşəcək. Bunu partiyada gedən söhbətlərdən də anlamaq mümkün idi. Yəni bu adamları düşündürən millətə vəkili olmaq, yaxud ölkənin inkişafı üçün qanun layihələri ilə çıxış etmək yox, sadəcə pul qazanmaq idi. Son anda qalib gələ bilməyəcəklərini gördükləri üçün geri çəkildilər".
S. Əlisoy qeyd edib ki, Müsavat Partiyasının seçkidə iştirakdan geri çəkilmələrinin səbəbi olaraq açıqladığı məqamlar köhnə nağıllardır: "Bu nağılları illərdir danışırlar, indi də ortaya atıblar"./milli
7news.az








