RU
Müsavatdan Əhəd Abıyevə şok: “...adamı dəstəkləməliyik” - ÖZƏL
18:35
700

Müsavatdan Əhəd Abıyevə şok: “...adamı dəstəkləməliyik” - ÖZƏL

Daşkəsənin icra başçısı Əhəd Abıyevin Kolumbiyanın bayrağını Ermənistanın bayrağı ilə səhv salması sosial şəbəkələdə məsxərəyə qoyulub.

Üstəgəl, icra başçısının bayraq maketinə zərbə vurarkən barmaqlarını sındırması da geniş müzakirə və ironiya mövuzusuna çevrilib. 

Bu məsələyə Müsavat partiyası rəhbərliyi də Feysbukda münasibət bildirib. 

Partiya başqanının müavini Elman Fəttah yazıb: "Əhəd Abıyev Kolumbiyanın bayrağını "sındırıb". Hadisədən xəbər tutan Kolumbiya mafiyası da Əhədin qələmini qırıb. 

Məsələyə pozitiv yanaşanda, Əhədin mafiyaya qarşı döyüşdüyü anlaşılır. Neqativ yanaşanda isə dolayısıyla hakimiyyətə qarşı çıxmış olur. Yəni, hardan baxsanız, adamı dəstəkləməliyik”.

Başqanın digər müavini Yadigar Sadıqov: "4-5 il öncə İlham Əliyev tvitterdə yazmışdı ki, Pakistan, Venesuela və Kolumbiya Azərbaycanla qardaş ölkələrdir. İndi Əhəd Abıyev də vurub Kolumbiyanın bayrağını sındırıb. Sabotajdır bu, Kərbəlayi...”

Müsavatın başqan müavini Tofiq Yaqublu: "Əhəd Abıyev Ermənistanın şifer üstünə çəkilmiş bayrağını sındırarkən, barmağını sındırmışdır. Təklif edirəm düşmən bayrağından heyfini çıxmaq üçün, bu dəfə başı ilə sındırsın. Bayrağı da şiferə yox, daş divara çəksə daha yaxşı olar”.

Qeyd edək ki, icra başçısı 9 noyabr Bayraq Gününə həsr olunan tədbir zamanı Ermənistanın şiferdən olan bayrağını yumruqla sındırıb. 

Bu ayrı məsələdir ki, həmin bayrağın Kolumbiyaya aid olduğu üzə çıxıb. Əsas vacib məqam icra hakiminin hökumətin siyasətinin əleyhinə getməsidir. 

Ə.Abıyev ölkəyə gələn erməni fəallar - Vahe Avetyan, Mitrosyan və Ciqanyanın dövlət tərəfindən qarşılanaraq mühafizə olunması, onların dialoqonun təşkili, hotellərdə yerləşdirilməsi və təhlükəsizliyinin təmin edilməsi fonunda vitrini pozur. Daşkəsən meri Azərbaycanın tolerant, konstruktiv mövqeyinə zidd gedərək, sülh danışıqları prosesinə zərbə vuran addım atıb.
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ