Xaçmazda şimal bölgəsində turizmin mövcud vəziyyətinə, rekreasiya zonalarının inkişafına həsr olunan regional müşavirə keçirilib.
7News.Az xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizm sənayesinin inkişaf etdirilməsinin dövlət başçısının xüsusi diqqətində olduğunu vurğulayaraq, bu istiqamətdə aparılan islahatların son illər daha intensiv xarakter aldığını bildirib. Nazir turizm sənayesinin inkişafına yönəlmiş tədbirlərin artıq öz bəhrəsini verdiyini qeyd edib.
"Azərbaycan lüks turizm xidmətləri təklif edən ölkə kimi tanınır".
Bildirilib ki, şimal bölgəsi də ölkənin zəngin turizm potensialına malik regionlarından biri hesab edilir. Quba-Xaçmaz zonasında müxtəlif müalicəvi əhəmiyyətli mineral sular, Xəzər sahili boyu uzanan Nabran-Yalama kurort zonası, əlverişli iqlim şəraiti, meşə örtüyü və digər təbii-rekreasiya ehtiyatları var.
Bölgədə qarşıya çıxan problemlər müzakirə edilib, sahibkarların təklifləri qeydiyyata alınıb.








