İngiltərədə naməlum şəxs "Müsəlman öldürmək istəyirəm”, "Suriyaya geri qayıdın” və "Müsəlmanların hamısını öldür” qışqıraraq bir nəfəri bıçaqlayıb.
Hadisə Londonun cənubundakı "Forest Hil” stansiyasında baş verib. Platformaya daxil olan təcavüzkarın bir sərnişini üzündən və sinəsindən bıçaqladığı bildirilib.
Polis 38 yaşlı təcavüzkarı saxladığını açıqlayıb. Hücum zamanı yaralanan 40 yaşlı kişi isə xəstəxanaya yerləşdirilib. Təcavüzkarın və qurbanın şəxsiyyəti barəsində məlumat verilməyib.
Şahidlər təcavüzkarın "Müsəlman öldürmək istəyirəm”, "Suriyaya geri qayıdın” və "Müsəlmanların hamısını öldür” deyərək qışqırdığını bildiriblər.
İngiltərədə müsəlmanlara qarşı hücumları araşdıran "Tell Mama” adlı hökumət təşkilatının hesabatında isə son 3,5 ildə 100-dən çox hücumun qeydə alındığını vurğulanıb./qafqazinfo
7news.Az








