RU
Müsəlman olan təhsil naziri iki qədəh şərab içdi
22:17
918

Müsəlman olan təhsil naziri iki qədəh şərab içdi

İsveçin ali təhsil naziri, 29 yaşlı müsəlman Aida Hadzialiç sükan arxasında sərxoş vəziyyətdə saxlanıldığı üçün istefa verməyə məcbur olub.

7news.Az Virtualaz.org-a istinadən xəbər verir ki, Hadzialiç istefa qərarı barədə mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, sükan arxasına əyləşməzdən əvvəl iki qədəh şərab içibmiş.

Nazir sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün 6 ay müddətinə azadlıqdan məhrum oluna bilər.

Qeyd edək ki, Aida Hadzialiç Bosniya və Herseqovinada anadan olub. O, 5 yaşında olarkən valideynləri ilə birlikdə İsveçə köçüb. 2014-cü ildə İsveç tarixində ilk müsəlman nazir olub.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ