Fransada restoran sahibi iki müsəlmanı öz məkanından qovub.
7News.az bildirir ki, sahibkar qadınları qovmaqla yanaşı, bütün müsəlmanların terrorçu olduqlarını bəyan edib.
İnsident müşahidə kameraları ilə çəkildiyi üçün sonradan videogörüntülər sosial şəbəkələrdə yayılmağa başlayıb. Yerli müsəlman icmasının üzvləri restoran qarşısında aksiya keçirərək sahibkardan üzr istəməyi tələb ediblər.
Polis tərəfindən də dindirilən sahibkar daha sonra üzr istəməli olub. O, öz hərəkətini yaxın dostunun "Bataklan" konsert zalında terror qurbanı olması ilə izah edib./qafqazinfo
7News.az








