7NEWS.az xəbər verir ki,bu günlərdəMədəniyyət və Turizm Nazirliyindənverilən məlumata görə, Bakı şəhərində yol təmir-tikinti işləri ilə bağlı görkəmli şair Mikayıl Müşfiqin abidəsinin aidiyyəti qurumlara bildirilmədən sökülməsi faktı qeydə alınmışdı. Məsələ sosial mediada ciddi müzakirə olundu və bu işi görənlərin cəzalandırılması tələb edildi. Çox keçmədi ki, Prezident İlham Əliyev də məsələyə müdaxilə etdi. Eyni zamanda, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev də bu məsuliyyətsizliyi edənlərin mütləq şəkildə cəzalandırıldığını dedi.
"Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan ədəbiyyatının parlaq nümayəndələrindən olan Mikayıl Müşfiqin abidəsinin sökülməsindən ciddi narahat olub. Dövlətimizin başçısı məsələnin hərtərəfli araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı aidiyyəti orqanlara tapşırıq verib". Bu sözləri Azərtac-a Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.Əli Həsənov bildirib ki, cənab İlham Əliyevin prezidentliyi dövründə onlarla tarixi və mədəniyyət abidəsi əsaslı şəkildə bərpa olunub, Azərbaycanın Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Bülbül, Rəşid Behbudov və digər tanınmış şəxsiyyətlərinə abidələr ucaldılıb. Cənab Prezident tarixi əhəmiyyət kəsb edən tikililərin, mədəniyyət abidələrinin qanunvericiliyə uyğun şəkildə aidiyyəti dövlət orqanları ilə razılaşdırmadan, icazəsiz sökülməsini yolverilməz hesab edir və bundan sonra da belə əməlləri törədənlər ciddi şəkildə cəzalanacaqlar.
Çox keçmədən mətbuatda "günahkarların” cəza aldıqlarını gördük. Yenə fəhlə, yenə mühəndis...
Bu günlərdə isə "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov "Yeni Müsavat”a müsahibə verib. Daha doğrusu özünü sudan quru çıxarmağa çalışıb. Müsahibədə isə "Azəravtoyol" şefi yenə də aləmi qatıb bir-birinə. Bəzi məqamıları tədim edirik:
Saleh müəllim, son günlər rəhbərlik etdiyiniz təşkilatın adı mətbuatda hallanmağa başlayıb...
- Daha doğrusu, hallandırdılar. Yaxşı işimizi görmürlər, nöqsanı dərhal yazıb hallandırırlar.
- Mikayıl Müşfiqin abidəsi ilə bağlı baş vermiş qalmaqalla bağlı istədik ki, sizin mövqeyi öyrənək və oxucuya çatdıraq.
- Allah sizi var eləsin. Bəli, səhv etmişik, yanlışa yol vermişik. Bu işdə günahı olan şəxslər cəzalandırılıb. Tezliklə görkəmli şairimizin abidəsi yenidən ucaldılacaq. Həmin yerdən 5-6 metr arxa tərəfə qoyulacaq. Gözəl də bir abidə olacaq. Yəqin ki, mart ayının 20-25-nə kimi bu işi yekunlaşdıracağıq. Siz özünüz də gəlib iştirak edərsiz o tədbirdə. Əslində eyni abidədi, sadəcə, yerini bir az dəyişdirmişik, ətrafı da çox gözəl olacaq.
- Siz o abidəni şifahi xəbərdarlıq edib götürmüsüz. Bunu "Yeni Müsavat”a müsahibə verərkən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də dedi.
- Burada anlaşılmazlıq oldu. Açığı, elə bildik ki, paytaxtdakı parklar, abidələr Bakı Şəhər İcra Hakimiyyətinin balansındadır. Ona görə də məktubla ora müraciət etdik.
- Bəs BŞİH-dən sizə deyilməd ki, bu işlərə onlar baxmır?
- Məktub göndərdik, cavab vermədilər. Biz də iş yubanmasın deyə işə başladıq. Bəzən məktub göndəririk, aylarla cavab gəlmir. İş də getməlidi axı. Əslində orda işi görən təşkilat tələskənlik edib.
- Orda iş görən "Azəravtoyol” ASC-nin idarəsidir?
- Bəli. "Azəravtoyol”un 8 saylı idarəsidi.
- Şəxsən sizə ölkə rəhbərliyi tərəfindən hər hansı irad bildirildimi?
- Bəli, bildirilib. Cənab prezident göstəriş verdi ki, bu işdə səhlənkarlığa yol vermiş adamlar cəzalandırılsınlar.
- Neçə nəfər cəzalandırıldı, Saleh müəllim? Cəzalar nədən ibarət oldu?
- Deməli, həmin təşkilatın idarə rəisi, baş mühəndisi, iş icraçısı.
- İşdən çıxarıldılar, yoxsa töhmət verildi?
- Xəbərdarlıq, şiddətli töhmət və işdən çıxarılma. Cəza bu şəkildə oldu. Sahə rəisi işdən çıxarıldı, baş mühəndisə şiddətli töhmət verilib, idarə rəisinə xəbərdarlıq edilib.








