"İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "İnternat məktəbində təhsil alan və həmin müəssisələrdən məzun olmuş gənclərin ali və peşə təhsilinə cəlb edilməsinə dəstək” adlı layihəsini başa çatdırıb.
İctimai Birlikdən bildirilib ki, layihənin əsas məqsədi internat məktəblərində təhsil alan şagirdlərin ali təhsilə marağının, onlarda özlərinə inamın artırılması və Azərbaycan Respublikasının mövcud qanunvericiliyində onlar üçün nəzərdə tutulmuş imkanlardan maksimum istifadə etmək, bu sahədə maarifləndirici tədbirlər həyata keçirmək və internat məzunlarının sosial inteqrasiyası kimi fəaliyyətlərə öz tövhəsini verməkdir. Layihənin icra planına uyğun olaraq təlimlər Sabunçu rayon 1 saylı , Xəzər rayonu 2 saylı , Quba rayunu və Şəki şəhərində yerləşən uşaq evi və internat məktəblərində keçirilib .
Bu təlimlərdə hədəf şagirdlərin özlərinə olan inamın yüksəldilməsi ,ali təhsilə və peşə təhsilinə marağın artırılmasıdır. Həmçinin təlimlərdə dövlət tərəfindən internat məktəbi məzunlarına yaradılan imkanlardan və məzuniyyət sonrasında təhsilin əhəmiyyətindən danışılıb. Təlimlərin daha effektiv olması üçün cəmiyyətə inteqrasiyada və təhsildə uğur qazanmış internat məktəblərindən məzun olmuş gənclərlə şagirdlər arasında görüşlər təşkil olunub , təcrübələr paylaşılıb, məzuniyyət sonrası qarşıya çıxa biləcək problemlərlə bağlı uşaqların narahatçılıqlarına münasibət bildirilıb . Layihənin sonunda dövlətimiz tərəfindən Masazır qəsəbəsində tikilmiş "Məzun evi”-ndə məskunlaşmış və Nizami rayonunda yerləşən yataqxanada qalan internat məzunu olan 25 nəfər gənclər üçün Şamaxı rayonunda 3 günlük qış məktəbi təşkil olunub. Həmçinin, layihədə iştirak etmiş 6 nəfər gənc ARDNŞ-ın Təlim Tədris Məkəzinə qəbul olması üçün kurslara cəlb olunublar.//Newscenter.az
7News.az








