RU
Müstəqillik xalqın azadlıq arzusu hesabına əldə olunub
16:13
553

Müstəqillik xalqın azadlıq arzusu hesabına əldə olunub


Tariximizə nəzər saldıqda neçə- neçə igid sərkərdələrin ,qəhrəmanların müstəqil dövlət, vətən, xalq uğrunda apardıqları azadlıq mübarizəsini görürük. "Kitabı Dədə Qorqud” dastanından Qazan xan, Bamsı Beyrək, Ərəb Xilafətinə qarşı vuruşmuş Cavanşir, Babək, dövlət başçısı- mürşüd-sərkərdə Şah İsmayıl Xətai, ədalətsizliyə qarşı döyüşən Koroğlu, Çar Rusiyasına qarşı mübarizə aparmış Qaçaq Nəbi , milli mübarizə döyüşçüsü Səttar xan kimi Qəhrəmanlarımız var. Tarix azadlıq, müstəqillik uğrunda əcdadlarımızın daim mübarizə apardığını , vətəni , xalqı uğrunda gözünü qırpmadan canından keçdiyni deyir.

18 Oktyabr 1991 ci il Tarixi xalqımız dövlətimiz üçün önəmli günlərdən biridir. Azərbaycan xalqı məhz bu tarixi 70 il gözləmişdi. Lakin bu illər ərzində Xalqın qəlbindəki Azadlıq müstəqillik alovu sönməmiş əksinə daha da güclənmişdi.

Neçə- neçə qırğınlar haqsızlıqlar görən xalqım meydan hərəkatında bərkimiş , Yanvar qırğınını görmüşdü , imperiyanın tanklarıda artıq onun qarşısını kəsə bilməzdi.Xalqımız Sarsılmaz əmin addımlarla azadlığa doğru irəliləyirdi və buna naildə olduq öz müstəqilliyimizi bərpa etdik. Lakın qazanılan müstəqilliyidə qoruyub saxlamaq lazım idi. Yenicə müstəqilliyini bərpa edən ölkəmiz Ermənistanın torpaq iddiaları ilə apardığı müharibədə öz müstəqilliyini , ərazi bütövlüyündə qorumalı idi. Belə çətin günlərdə Xalqın köməyinə dahi şəxsiyyət Heydər Əliyev yetişdi. Xalqın istəyi ilə Heydər Əliyev hakimiyyətə gəldi. Onun yürütdüyü siyasət sayəsində ölkəmiz öz müstəqilliyini qoruyub saxlaya bildi. Bu gün Heydər Əliyevin qoyduğu yola Ali baş komandanımız İlham Əliyev addımlayır.

Xalqımızın mübarizə əzmini bu gün bütün dünya bilir. 2020 ci il xalqımız 2 ci Qarabağ müharibəsindəki qazandığı qələbə ilə bu xalqın məhz həmin 20 yanvarda meydanlarda Tanklar qarşısına Əli yalın çıxıb müstəqillik azadlıq hayqıran xalq olduğunu göstərir.

Xalqımızınvətən sevgisi, azadlıq mübarizəsi bütün dünyanı heyrətə gətirib. Dumalı dağlar diyarıŞuşa şəhərinin azad olunması isə hələ də hərbi məktəblərdə öyrənilir.

Bu gün ki günə heçdə asand gəlməmişik. Bu gün əyər müstəqil suveren dövlətimiz varsa bizlər ilk öncə onun uğrunda canından keçən Xalqımızın Vətənimizin Şəhid övladlarına borcluyuq. Onların ruhları qarşısında Baş əyir Xatirələrini böyük hörmətlə anırıq. Xalqımızın , Şəhidlərimizin qəlbindəki Azad vətən arzusu Azərbaycanın bu gün müstəqil suveren dövlət olmasına şərait yaratmışdır.

 

Əliyeva Rəfiqəxanım.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ