RU
Müştərilər hər gün işə 5 saat piyada gələn ofisiant qıza MAŞIN ALDILAR - FOTO-VİDEO
16:50
366

Müştərilər hər gün işə 5 saat piyada gələn ofisiant qıza MAŞIN ALDILAR - FOTO-VİDEO

ABŞ-ın Texas ştatının Qalveston şəhərindəki kafedə maraqlı hadisə baş verib.

7News.Az-ın life.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Daily Mail" yazır.

Müştərilər hər gün işə 5 saat piyada gələn ofisiant qıza MAŞIN ALDILAR - FOTO-VİDEO

Belə ki, müştərilər söhbət əsnasında təsadüfən xəbər tutublar ki, onlara qulluq edən Adriana Edvars hər gün işə gəlib-getmək üçün yola 5 saat vaxt sərf edir.

Bir neçə aya 11 kg arıqlayan Edvars niyyəti arıqlamaq olmayıb. O, özünə maşın almaq arzusunda olub. Bir tərəfdən də, kommunal və digər gündəlik vacib xərclərə görə, qənaət etmək qərarına gəlib və 22,5 kilometrlik yolu piyda gedib-gəlib.

Səhər yeməyində bir cütlüyə qulluq edərkən söhbət əsnasında bu məqama tounduqdan sonra ər-avad kafeni tərk edib və bir-neçə saatdan sonra "sürpriz"lə qayıdıblar. Onlar qıza "Nissan Sentra 2011" markalı avtomobil hədiyyə ediblər.

Müştərilər hər gün işə 5 saat piyada gələn ofisiant qıza MAŞIN ALDILAR - FOTO-VİDEO

Edvars ilk öncə bunun zarafat olduğunu düşünüb, lakin anonim qalmaq istəyən cütlük tam ciddi olduqlarını və bunu təmənnasız etdiklərini deyərək, bunun əvəzində başqa birinə yaxşılıq etməsini istəyiblər.

Müştərilər hər gün işə 5 saat piyada gələn ofisiant qıza MAŞIN ALDILAR - FOTO-VİDEO

Hazırda qız işə cəmi yarım saata çatır. Onun kollecdə dərslərini də daha tez başlamaq imkanı yaranıb.



7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ