RU
Müştərilərə yalnız dollarla kredit təklifi insan hüquqlarına ziddir
14:00
1025

Müştərilərə yalnız dollarla kredit təklifi insan hüquqlarına ziddir

“Məhkəmə bankların daxili işinə müdaxilə edə bilmir”.

Azərbaycanda bankların müştərilərə yalnız dollarla kredit təklif etməsi insan hüquqlarına ziddir.

7News.Az-ın  xəbərinə görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.

O bildirib ki, manat və dollar kreditləri məsələsini banklar özləri həll edir.

“Fikrimcə, vətəndaş krediti dollara götürübsə, dollarla, manatla götürübsə, manatla qaytarır. Qayda belədir”, - deyə R.Rzayev bildirib.

Banklar tərəfindən müştəriyə yalnız dollarla kreditin təklif edilməsinə gəlincə isə R.Rzayev bildirib ki, bu, vətəndaşın hüququnun pozulmasıdır.

“Lakin məhkəmə bankların daxili işinə müdaxilə edə bilmir”, - deyə o qeyd edib./report

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ