Azərbaycan Respublikasının Prezidenti yaninda Gənclər Fondunun maliyyə dəstəyi ilə Telman Abbasov adına 225 №-li tam orta məktəbdə "Mütaliəyə marağın artırılması ” adlı layihənin icrası başa çatdırılmışdır.
Layihə Gənclər Fondunun elan etdiyi VIII qrant müsabiqəsinin fərdi şəxslər üçün olan kateqoriya üzrə qalib olmuş Cəbiyev Səbinə Əli qızı tərəfindən həyata keçirilmişdir.
Layihənin əsas məqsədi gənclər arasında ədəbiyyata, kitaba və mütaliəyə marağı artırmaq, mütaliəli, kitaba ciddi marağı olan gəncləri bir araya toplamaq, gənclərin asudə vaxtının səmərəli təşkilinə dəstək olmaqdır.
Layihədə çıxış edən təlimçi Afaq Haciyeva gənclərə kitab oxumağın sirlərindən söz açaraq, onlara bu istqamətdə faydalı məlumatlar çatdırdı.
Nəzərdə tutulan layihə çərçivəsində 100-ə yaxın kitabı oxumaq üçün gənclər və yeniyetmələrə tövsiyyə olundu.
7News.az










