Rusiyanın idman naziri Azərbaycan futbolçularının 2 yaş böyük olduğunu iddia edir.
Rusiyanın futbol üzrə gənclərdən ibarət yığma komandasının Azərbaycan yığmasına 0:3 hesabla məğlub olmasını bu ölkədə hələ də müzakirə mövzusudur.
Rusiya Futbol İttifaqının prezidenti, ölkənin idman naziri Vitali Mutko məğlubiyyətin səbəblərindən danışaraq azərbaycanlı futbolçuların dələduzluqda ittiham edib. O, rusların rəqiblərinin 2 yaş böyük olduqlarını bildirib. "Rəqiblə müqayisədə iki yaş fərqli ciddi amildir. Ona görə də Azərbaycana uduzduq... ".
Bununla yanaşı o məğlubiyyətə hələ ciddi qiymət verə bilmə iqtidarında olmadığını qeyd edib: "Biz hər şeyi öz aramızda müzakirə edəcəyik. Lakin fakt budur ki, komandamız qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bilmədi. Məşqçiyə oyunçuların hazırlanması ilə bağlı suallar var. Qoy nəticələri peşəkarlar çıxartsın, mən isə bunun əsasında qərar verəcəm. Azərbaycana uduzsaqda buna vaxtından əvvəl qiymət vermək istəmirəm. İlk öncə texniki komitə araşdırma aparmalıdır".
Vitali Mutko həmçinin beyan edib ki, yaxın zamanda Rusiyanın futbol üzrə gənclərdən ibarət yığma komandasının baş məşqçisi Dmitri Xomuxanın vəzifəsinə dair qərar qəbul edəcək.

Vitali Mutko - Rusiyanın idman naziri

Oyundan epizod
Xomuxanın rəhbərliyi altında rusiyalı futbolçular "AVRO-2017"nin seçmə mərhələsi çərçivəsində 3 matçda məğlub olublar.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi "AVRO-2017"nin seçmə mərhələsi çərçivəsində noyabrın 17-si Rusiya komandası ilə meydana çıxıb .
Yaşar Vahabzadənin yetirmələri təcrübəli rusiyalı həmyaşıdlarını darmadağın edib. Matç 3:0 hesabı ilə Azərbaycan yığmasının xeyrinə bitib./anspress
7news.az








