RU
Müxalifət Maduroya sui-qəsdi komediya adlandırdı
14:50
296

Müxalifət Maduroya sui-qəsdi komediya adlandırdı

Venesuela prezidenti Nikolas Maduro ona qarşı təşkil edilən sui-qəsd cəhdinin arxasında Milli Assambleyanın iki müxalifətçi deputatının dayandığını açıqlayıb.

7news.Az xarici KİV-ə istinadən xəbər verir ki, deputatın ittiham irəli sürdüyü müxalifətçi deputatlardan biri – Xuliyo Borxes isə baş verənləri komediya adlandırıb.

 

"Nikolas Maduro, nə ölkə, nə də dünya bu sui-qəsd komediyasına inanır. Hamımız bilirik ki, bu, sənin diktaturana müxalif olanları təqib və məhkum edə bilmək üçün bir montajdır. Sən konstitusiyanı dəfn etdin” deyə Borxes tvitter hesabında yazıb:

"Sən məni iqtisadi müharibə, nağd pullarla bağlı böhranda, hiperinflyasiya, defisitdə ittiham etdin. İndi isə sui-qəsddə günahlandırırsan? Heç kimi aldatma. Ölkə faciəsinin yeganə günahkarı sənsən!”

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ