7NEWS.az xəbər verir ki, Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd ölkəni tərk etdikdən sonra silahlı müxalifət qrupları Dəməşqin qərbində böyük bir narkotik laboratoriyası aşkar ediblər. Müxaliflər tərk edilmiş obyektin içərisindəki qaranlıq anbarlarda mebel, meyvə, dekorativ çınqıl və gərginlik tənzimləyicilərinin içərisində gizlədilmiş minlərlə həb tapıblar. Kaptaqonun təxmin edilən qlobal ticarət həcminin 10 milyard dollar olduğu və devrilmiş Suriya administrasiyasının illik qazancının təxminən 2,4 milyard dollar olduğu təxmin edilir. Müxalifətin tapdığı obyektin indiyə qədər tapılan ən böyük kaptaqon laboratoriyalarından biri olduğu bildirilir.








