Qızların hər ikisi yaradıcı şəxsiyyətlərdir: Byanka müğənni, Lana isə fotoqraf və modeldir.
Byankanın dostları Lananı sosial şəbəkədə görüb şəkillərini rəfiqələrinin valideynlərinə göstəriblər. Bu şəkillər hətta valideynlərini də çaşqınlığa salıb.
Oxşar hadisə Lananın da başına gəlib: onun anası Byankanın mahnı oxuduğu çarxı görərək qızına atıb və Lananın belə bacarığından xəbərsiz olduğunu deyib. Lana heyrətə gəlib və videodakı qızın özü olmadığını bildirib.
Beləliklə, qızlar tanış olublar. Byanka Lananın yanına Dubaya uçub. "Əkizlər" birgə şəkil çəktirib və bolluca əyləniblər. Onları yaxınları belə, seçə bilmir.
7News.Az tourister.ru-ya istinadən qızların şəkillərini oxuculara təqdim edir: solda Lana, sağda isə Byankadır.







7News.Az








