Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Pyotr Poroşenkonun təkbətək görüşü başa çatıb.
7News.Az xəbər verir ki, görüşdən sonra Ukrayna və Azərbaycan Prezidentləri Şurasının 5-ci iclası işə başlayıb.
İclasda çıxış edən prezident İlham Əliyev Pyotr Poroşenkonun Azərbaycana səfərinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı baxımından önəm daşıdığını bildirib: “Müzakirə ediləcək xeyli mövzu var. Biz ölkələrin nümayəndə heyətlərinin üzvlərinə müvafiq tapşırıqlar vermişik və indi biz Prezidentlər Şurasının geniştərkibli iclasında qarşılıqlı maraq kəsb edən və yaxşı potensial və perspektiv həll yolu olan məsələləri daha ətraflı formada müzakirə edəcəyik”.
Prezident İlham Əliyev Ukrayna prezidentinin Bakıya səfərini yüksək qiymətləndirib və əlavə edib ki, tərəflər bundan sonra da bütün sahələrdə ölkələr arasında qarşılıqlı əməkdaşlıq yollarını müəyyən etmək niyyətindədirlər.








