7NEWS.az xəbər verir ki, Cənubi Koreyanın paytaxtı Seuldakı Leeum İncəsənət Muzeyində Mauritsio Kattelanın "BİZ” adlı sərgisində maraqlı hadisə yaşanıb. Ac olduğunu deyən sənət tələbəsi Cattelanın instalyasiyası çərçivəsində divara yapışqan lentlə yapışdırılmış "Komediyaçı" adlı rəsm əsərini yeyib. Noh Huyn-soo adlı tələbə bananı yedikdən sonra qabığını yenidən divara yapışdırıb. Yerli mətbuatda çıxan xəbərlərdə hadisədən sonra muzeyin eyni yerə yeni banan yerləşdirdiyi, sərgilənən bananın isə iki-üç gündən bir dəyişdirildiyi bildirilib.
7NEWS.az








