Rusiya, İran və Türkiyənin Hələb üzrə əməkdaşlığı öz effektivliyini sübut edib.
7News.az "İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin Moskvada Suriya üzrə keçirdiyi üçtərəfli görüşündə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, üçtərəfli əməkdaşlığı Suriyanın başqa rayonlarına da yaymaq lazımdır.
"Hələb üzrə qarşılıqlı əlaqələrimiz bizə bir sıra müvəffəqiyyətlərə nail olmağa imkan verdi. İndi bütün ölkə ərazisində atəşkəsə nail olmaq üçün Suriyanın başqa rayonlarına bu qarşılıqlı əlaqələri yaymaq lazımdır”, - deyə o bildirib.
Çavuşoğlu vurğulayıb ki, humanitar yardım hər hansı ayrı-seçkilik olmadan Suriyanın bütün sakinləri üçün əlçatan olmalıdır. O, vurğuladı ki, İŞİD və "Ən-Nüsra” Cəbhəsi terror qruplaşmaları atəşin dayandırılması haqqında danışıqlardan çıxarılıb.








