Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Əfqanıstandakı müvəqqəti "Taliban” hökumətindən olan həmkarı Vekili Emirhan Muttaki ilə telefonla danışıb.
7NEWS.Az "Haber Global”a istinadən xəbər verir ki, nazirlər Əfqanəstandakı durumu müzakirə ediblər.
Tərəflər, həmçinin ölkədəki aeroportların birgə işlədilməsi barədə müzakirə aparıblar.
Vekili Emirhan Muttaki koronavirusa yoluxmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana şəfa diləyib və Əfqanıstana göndərilən yardımlar üçün ona minnətdarlığını bildirib.
7NEWS.Az







