RU
Myanma Banqladeş ilə sərhədə mina düzür — İDDİA
12:40
413

Myanma Banqladeş ilə sərhədə mina düzür — İDDİA

Qərb mətbuatı Myanma hökuməti haqqında yeni iddia ortaya atıb.

İddiaya əsasən Myanma Banqladeş ilə sərhəd xəttinə mina döşəyir. 

"Reuters"ə Banqladeşdəki mənbədən daxil olan məlumatda deyilir: "Bizim qüvvələr tikanlı məftil hasarının yaxınlığında işləyən 3-4 qrup müşahidə edib. Onlar torpağa mina basdırırdılar".

Agentliyin məlumatına əsasən minalar müsəlmanların Myanmaya qayıtmasının qarşısını almaq məqsədi güdür.

BMT-nin baş katibi Antoniu Quterriş Myanma hökumətini rohincalara hüquqi status və vətəndaşlıq verməyə səsləyib./olke.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ