7NEWS.az xəbər verir ki, Avqustun 7-də Myanmadan Malayziyaya yola düşən Rohinca müsəlmanlarının olduğu qayıq Benqal körfəzində aşıb. Shwe Yaung Matta xilasetmə fondunda çalışan Byar La indiyə qədər 17 nəfərin cəsədinin tapıldığını açıqlayıb. Latt xilas edilən 8 nəfərin polis bölməsinə aparıldığını bildirib. Sittwe polisi isə qayıqda olan 58 nəfərdən 33-nün itkin düşdüyünü ifadə edib.
7NEWS.az








