RU
“MySpace”nin
11:54
1026

“MySpace”nin "ölü"sünü satın aldılar

"MySpace" "Facbook" yaranmamışdan əvvəl "hakimiyyətdə" olan internet səhifəsi idi. Burada insanlar bir-bir ilə ünsiyyət qurur, bloq yazır, hətta tanınmayan müğənnilər özlərini tanıtdırırdı.

"Facebook"dan sonra isə "MySpace" öz istifadəçilərini itirməyə başladı.

7News.Az xarici mətbuata istinadən xəbər verir ki,daha əvvəl “Fox” qrupuna satılan “MySpace” böyük media qrupu olan “Time” tərəfindən alınıb. Qrupun “MySpace”i almaqda məqsədi hələ bilinmir. 2014-cü ildə 881 milyon dollar ziyan görən böyük media qrupunun ənənəvilikdən çıxaraq sosial mediaya və rəqəmsal yayıma keçməsi gözlənilir.
Artıq “ölmüş” hesab edilən “MySpace”in hələ də aktiv olan 50 milyon istifadəçisi var. “Time” qrupunun əlindəki güclü xitmətlər vasitəsilə “MySpace”in yenidən canlanacağı düşünülür.
Gələcəkdə “MySpace” paylaşımları iə daha çox qarşılaşsanız təəccüblənməyin.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ