Nabranda dənizdə boğulan şəxslərin kimliyi müəyyənləşdirilib.
7news.Az APA-ya istinadən xəbər verir ki, dənizdə boğulan şəxslər Xaçmaz rayonun Palçıqoba kənd sakinləri - 1970-ci il təvəllüdlü Kamilə Qocayeva, onun qızı, 24 yaşlı Aysel, Dadaşova Ruhiyyə Eyvaz qızı və onun oğlu, 2002-ci il təvəllüdlü Dadaşov İkram Məmmədyar oğludur.
Onların meyitləri Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
25 iyul/18:55
Nabranda dənizdə dörd nəfər batıb.
7news.Az xəbər verir ki, Qocayeva Aysel Əfqan qızının meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Dalğıc-axtarış qrupu hadisə yerinə çatana kimi Qocayeva Kamilə İkram qızının, Dadaşova Ruhiyyə Eyvaz qızının və Dadaşov İkram Məmmədyar oğlunun meyitləri vətəndaşlar tərəfindən sudan çıxarılıb.
17:47
Azərbaycanda bir ailənin dörd üzvü dənizdə boğulub.
7news.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Xaçmaz rayonu, Nabran qəsəbəsi ərazisində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suda batan ailə üzvlərinin meyitləri tapılaraq sudan çıxarılıb.
7news.Az








