Başlarının arxası bir-birinə birləşmiş dünyaya gələn əkiz qızlar, İsraildə nadir ayrılma əməliyyatından sonra ilk dəfə bir-birlərini görüblər.
7News.Az Metbuat.az-a istinadən xəbər verir ki, Beersheba şəhərindəki Soroka Tibb Mərkəzində keçən həftə edilən 12 saatlıq əməliyyata, aylarla hazırlıq görülüb. İsraildən və xaricdən onlarla mütəxəssis cəlb edilib. Məlumata görə, adı açıqlanmayan qızların sağaldıqları bildirilir. Dünyada cəmi 20 dəfə edilən belə bir əməliyyat İsraildə ilk dəfə edilib. Əməliyyatdan aylar əvvəl körpələrin başlarına şişmə silikon torbalar taxılaraq və dərinin uzanması üçün vaxtaşırı genişləndirilib. Kəllələrin yenidən qurulmasından sonra yeni dəri başlarını möhürləmək üçün istifadə edilib. 2020 -ci ilin avqustunda dünyaya gələn qızların tamamilə normal həyat sürəcəyi gözlənilir.
7News.Az









