Müğənni Nadir Qafarzadə özünü prodüser kimi də sınamaq qərarına gəlib.
Ifaçı bildirib ki, ötən gün “Azərbaycanın səsi” yarışmasından ayrılan tələbəsi Yeganə Orucovanı şou-biznesdə tanıdacaq:
“İstedadlı tələbəm Yeganə ötən gün SMS-lərin azlığına görə yarışmadan ayrıldı. Buna üzülsək də ruhdan düşmək lazım deyil. Amma bu gündən onun bütün yaradıcılıq işlərinə mən nəzarət edəcəm. Bundan əlavə Azad Azərbaycan telekanalı da Yeganənin yaradıcılıq işlərində ona dəstək olacaq. Onun prodüseri, həm də müəllimi olaraq demək istəyirəm ki, bu qız yaxın zamanların tanınmış müğənnisidir. Düzdür, ötən həftələrdə haqqımızda çox pis bir şayiə yaymışdılar (Sevgili olduqları ilə bağlı xəbərlər yayılmışdı - red.), amma biz bu cür söz-söhbətlərə əhəmiyyət vermirik. Bu günə qədər barəmdə çox şayiələr olub və olacaq da. Məşhursansa, barəndə zaman-zaman dedi-qodular danışılacaq. Qarşıda tələbəmlə bir çox layihələrim var. Gözləyin, yaxın zamanda Azərbaycan estradasına yeni bir səs gəlir”. /axsam
7news.az








