RU
Nadirin tələbəsi ilə səmimi
01:03
1258

Nadirin tələbəsi ilə səmimi

Müğənni Nadir Qafarzadə "Azərbaycanın səsi" yarışmasındakı tələbəsi Yeganə Orucova ilə fotokameramız qarşısına keçərək şəkillər çəkdirib.

7news.az axşam.az-a istinadən müsabiqənin final gecəsinə qatılan tanınmışların fotolarını təqdim edir.

Qeyd edək ki, bir müddət əvvəl N.Qafarzadənin tələbəsi ilə sevgili olması xəbəri yayılmışdı. Məsələyə aydınlıq gətirən ifaçı iddiaları rədd etmişdi:

"Bəzi iştirakçılar arasında belə bir şayiə yayılıb ki, "Mən tələbəm Yeganə Orucova ilə sevgiliyəm". Çox ayıb olsun ki, belə bir dedi-qodu yayıblar. Bu qız mənim övladım yerindədir. Hətta yaşca mənim oğlumdan da balacadır. Necə sevgi macərası yaşaya bilərəm ki? Çox xahiş edirəm ki, bu cür söz-söhbətlərə son qoyasınız. Bəli, mən öz tələbəmin ifasını bəyənirəm. Ona səs göndərmişəm. Dəstəkləyirəm, dəstəkləyəcəm də".

7news.az

Məqaləyə dair fotomateriallar:

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ