Əməkdar artist Naibə Allahverdiyeva aktrisanın mahnı oxumasına,müğənninin serialda çəkilməsini birmənalı qarşılamayan həmkarlarına səslənib.
7news.az gecce.az-a istinadən bildirir ki, aktrisa deyib:
"İncəsənət adamı universal olmalıdır.O həm oxumağı, həm oynamağı, maşın idarə etməyi, at çapmağı bacarmalıdır.Müğənnilərdə aktyorluq bacarığı olmalıdır.Əgər bu bacarıq onlarda varsa niyə də serialda çəkilməsinlər ki? O ki qaldı aktrisaların mahnı oxumasına, buna yalnız düşüncəsi dar, savadsız müğənnilər pis baxa bilər. Əlbəttə ki,hər aktrisa oxuya bilmir. Aktrisanın səsinin məlahətli olmalıdır,"cırıldamamalıdır".
Naibə xanım etiraf etdi ki, o da arada bir oxuyur. Hətta ona müğənnilik etməməsini irad tutanar our:
"Mən də yeri gələndə oxuyuram. Bəzən müğənnilər soruşurlar ki,siz niyə müğənnilik etmirsiz?" - deyə aktrisa bildirib.
7news.az








