RU
Nailə Mirməmmədli əsəbiləşdi:
19:06
971

Nailə Mirməmmədli əsəbiləşdi: "Həmin adamı tapsam..."

Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədlinin adından sosial şəbəkədə saxta profil açılıb.

Bəstəkar N.Mirməmmədli bu hadisədən çox əsəbiləşdiyini bildirib: 

"Bu gün xəbərdar olmuşam ki, İnstaqram-da "Nailə Mirməmmədli" adında istifadəçi var. Diqqətlə fikir verib gördüm ki, hər dəqiqə paylaşımlar edilir. Elə çıxır ki, mənim işim-gücüm yoxdu, oturub, şəkillər paylaşıram. Həmin profili açan adamı axtarıram. 

Tapsam, onu cəzalandıracam. Yox, fanatımdırsa, "çox sağ olsun" deyirəm, lazım deyil. Mən Facebook-dan da istifadə etmirəm. Yalnız "Whatsapp"dan istifadə edirəm. Ona da səbəb musiqilərimi o sosial şəbəkə vasitəsi göndərirəm".//axşam.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ