`Hərbi əməliyyatlar başlayacağı təqdirdə, Ermənistan “Dağlıq Qarabağ Respublikası”nın tanınması da daxil olmaqla onun təhlükəsizliyinin təmin olunması istiqamətində bütün lazımı addımları atacaq`.
Bu barədə Ermənistanın Xarici İşlər Naziri Edvard Nalbandayan ölkə parlamentində çıxışı zamanı bildirib.
Nalbandyanın sözlərinə görə, ATƏT-in Minsk qrupu həmsədrləri atəşkəs rejiminin pozulmasının səbəbkarı haqqında açıq və ünvanlı bəyanatlar səsləndirir və pozuntuların araşdırılması mexanizmi haqqında danışırlar: “Ermənistan bununla razıdır, Azərbaycan isə yox”./azvision
7news.az








