RU
Naməlum maşın piyadanı vurdu
23:20
363

Naməlum maşın piyadanı vurdu

Bu gün axşam saatlarında Gəncədə avtomobil 55 yaşlı piyadanı vurub.

7news.az Kəpəz TV-yə istinadən xəbər verir ki, şəhər sakini Vahid Quliyev dəmiryolu vağzalı yaxınlığında yolun kənarı ilə hərəkət edərkən naməlum avtomobil tərəfindən vurulub.

Zərəçəkmiş müxtəlif bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ