RU
Naməlum şəxs 26 yaşlı gəncin çənəsini sındırdı
23:30
1459

Naməlum şəxs 26 yaşlı gəncin çənəsini sındırdı

Bakının Xətai rayonunda xuliqanlıq hadisəsi baş verib.

7news.Az-ın Report-a istinadən məlumatına görə, hadisə N.Tusi küçəsi, ev 2-nin qarşısında qeydə alınıb.

Orada naməlum şəxs Bakı şəhər sakini 1990-ci il təvəllüdlü Taleh Mehdiyevi döyərək çənəsini sındırıb.

T.Mehdiyev 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ