RU
Naməlum şəxslər futbolçunu qaçırdılar
10:00
1099

Naməlum şəxslər futbolçunu qaçırdılar

Yunanıstanın “Olimpiakos” klubunun hücumçusu Alan Pulido öz vətənində - Meksikada qaçırılıb.

Məlumatı Mediotiempo yayıb.

Məlumata görə, 25 yaşlı futbolçu mövsüm başa çatdıqdan sonra Südad-Viktoriya şəhərindəki evinə gedibmiş.

Polis ehtimal edir ki, Alan Pulido sevgilisi ilə əyləncə gecəsində iştirak edib, daha sonra öz maşını ilə məkandan ayrılıb. Onun avtomobili bir neçə maşında mühasirəyə alınıb və futbolçu zorla naməlum istiqamətdə aparılıb. Polis onun axtarışlarına başlayıb.

“Olimpiakos”un futbolçusunu qaçıranlar hələ ailəsi ilə əlaqəyə çıxmayıblar./musavat.com

7News.Az

 

Naməlum şəxslər futbolçunu qaçırdılar

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ