“Toydan sonra bal ayına gedəcəm”.
Bu gün meyxanaçı Namiq Qaraçuxurlunun toyudur.
7news.az-ın Axşam.az-a istinadən məlumatına görə, sənətçinin mediaya qapalı məclisi artıq başlayıb. Toyun aparıcısı Nəsib Nur, idarə edəni isə əməkdar artist Abbas Bağırovdur.
N.Qaraçuxurlu toyunda bəzi dövlət məmurları iştirak etdiyinə görə, məclisi mediaya qapalı etdiyini bildirib.
Namiq açıqlamasında qadın və kişi məclisinin ayrı olacağını, sənət dostlarından bəzilərini məclisinə dəvət edəcəyini söyləyib:
“Sənət dostlarımdan bəzilərini toya çağırmayacam. Neçə ildir sənətdəyəm. Əksəriyyətinin xoş günündə iştirak etmişəm. Eləsi var ki, toyuna çağırmayıb. Onları mən də dəvət etməyəcəm. Toydan sonra bal ayına gedəcəm. Bu yay dincəlməmişəm. Bir neçə isti ölkəyə gedəcəm”.
18:46
Xəbər verdiyimiz kimi bu gün meyxanaçı Namiq Qaraçuxurlunun toyudur.
Meyxanaçı açıqlamasında kişi və qadın məclislərinin ayrı-ayrı olacağını demişdi.
Toydan fotoları təqdim edirik:








