Almaniyada Köln şəhərinin meri vəzifəsinə namizəd Henriyetta Reker ksenofobiya zəminində boynundan bıçaqlanıb.
Şəhər meri vəzifəsinə müstəqil namizəd Henriyetta Reker ötən gün səhər saatlarında ənənəvi həftəsonu yarmarkasında boynundan ağır bıçaq yarası alıb. Qadına hücum çəkən 44 yaşlı kişi onu saxlamağa cəhd edən 4 şəhər sakininə də bıçaq xəsarətləri yetirib. Yaralılar xəstəxanaya yerləşdiriliblər, H.Reker əməliyyat olunub, hazırda onun həyatına təhlükə yoxdur.
Polisin məlumatına görə, saxlanılan şəxsin hücum etməsinə əsas səbəb ksenofobiya (əcnəbilərə qarşı nifrət) olub.
Məlumata görə, Henriyetta Reker qaçqınların Kölndə yerləşdirilməsinə cavabdeh olan məsul vəzifədə çalışır./milli
7news.az








