Dünən haqqında təsdiqini tapmayan məlumatlar yayılmış tanınmış teleaparıcı Nanə Ağamalıyevanın sosial şəbəkələrdə yeni fotosu paylaşılıb.
7news.az-ın məlumatına görə, məşhur müğənni Aybəniz Haşımova aparıcının xəstəxanada özü ilə birgə çəkilmiş fotosuna bu şərhi verib:
“Canımız, çooox sevdiyimiz @naneagamaliyeva qızımızın yanındayam. Şükür olsun ki, bu qəzanı belə atlatdı…”
Xatırladaq ki, dünən bəzi xəbər saytları Nanə Ağamalıyevanın qəzaya düşərək vəfat etdiyi haqda xəbərlər yaymışdılar.
Qeyd edək ki, dünən saytımızda tanınmış teleaparıcının avtoqəza keçirməsi barədə xəbər yaymışdıq. Məlumatda qeyd olunurdu ki, tanınmış teleaparıcı Nanə Ağaməliyeva avtomobil qəzasına düşdüyü və irəliləyən dəqiqələrdə daha geniş məlumat veriləcəyi qeyd olunmuşdu.
***
Bununla əlaqadar ATV-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu ilə əlaqə saxladıq, o, açıqlamasında bildirmişdi ki, onlarda bu barədə hər hansı bir məlumat yoxdur.
Eyni zamanda Dövlət Yol Polisi ilə də əlaqə saxladıq, onlar da bu faktı təsdiqləmədilər.
Qeyd edək ki, teleaparıcı Nana Ağamalıyevanın telefonuna zəng etdik, lakin onun telefonuna zəng çatmır.
Ağır qəza ilə bağlı faktı teleapaıcı özü də təsdiq edib. Məlumat yenilənəcək.
7News.az









