RU
Nanədən Xoşqədəmə gözdağı:
13:47
48232

Nanədən Xoşqədəmə gözdağı: "Planı pozulacaq"

7News.az-ın məlumatına görə artıq bir neçə gündür ki, Nanə Ağamaliyevanın yeni “Nanəli” verilişinin anonsu gedir. Anonsda bir sıra maraqlı məqamlar diqqətdən yayınmayıb. Belə ki, anonsun əsas hissəsində “Bəlkə kiminsə planı pozulacaq, amma NANƏLİ mütləq efirə gedəcək” ifadəsi birmənalı qarşılanmayıb. Güman edilir ki, bu sözlər tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızına ünvanlanıb.

 

Xatırladaq ki, bugünlərdə Milli Teleradio Şurasının növbəti iclası keçirilib. Əsasən teleradio verilişlərinin keyfiyyətinin müzakirəsinə həsr olunmuş iclasda TV proqramları ilə bağlı bəzi vacib qərarlar qəbul edilib. Həmin qərarlardan biri müəllifi Xoşqədəm Hidayətqızı olan “Səni axtarıram” verilişi ilə bağlı olub. MTRŞ son aylar ANS-dən yayımlanan bu verilişin bağlanmasına qərar verib. Səbəb kimi verilişdə etik normaların pozulması göstərilib.

 

Digər ehtimala görə MTRŞ-nin bu qərarı iki televiziya rəhbəri arasında olan soyuq müharibədən qaynaqlanır. Qeyd edilir ki, ATV rəhbərliyi indiki halda ANS rəhbərliyinə qalib gəlməkdədir. Göz dağı kimi isə “Nanəli” verilişini göstərmək olar.

 

Mövzunu diqqətdə saxlayacağıq.

VİDEONU İZLƏMƏK ÜÇÜN KLİKLƏYİN

7News.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ