RU
Nani:
15:40
549

Nani: "Ronaldo 40 yaşında belə formada olacaq"

Bu il "Qızıl top"a Kriştianu Ronaldonun sahib çıxması gözlənilir.

7News.Az xəbər verir ki, onun milli komanda yoldaşı Nani də Ronaldonun mükafatı haqq etdiyini düşünür.

"Ronaldo ən vacib titullara - Çempionlar Liqası, AVRO-2016 Kubokuna sahib çıxıb və La Liqada gözəl çıxış edib. O, "Qızıl top"a layiqdir. O, vacib oyunçudur və komanda yoldaşlarını ruhlandırır. 40 yaşında belə formada olacaq və milli komandaya kömək edə biləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ