7NEWS.az xəbər verir ki, 19-cu əsrin əvvəllərində Fransanı idarə edən Napoleon Bonaparta məxsus iki tapança hərracda 1,69 milyon avroya satılıb. Hərrac Napoleonun 1814-cü ildə əsir düşərkən intihara cəhd etdiyi Fontainebleau sarayının çox yaxınlığında yerləşən Osenat hərrac evində keçirilib. Parisli silah ustası Lui-Marin Qosset tərəfindən hazırlanan silahlar 1,2-1,5 milyon arasında qiymətləndirilib.
7NEWS.az








