RU
Naqif Həmzəyev: “Söhbətimiz qərəzli şəkildə təhrif olunub”
13:45
3005

Naqif Həmzəyev: “Söhbətimiz qərəzli şəkildə təhrif olunub”

Bu il keçirilən parlament seçkilərində millət vəkili statusu qazanan Naqif Həmzəyevin ilk açıqlaması qalmaqal yaradıb.

7News.az musavat.com-a istinadən xəbər verir ki, N. Həmzəyevin “Rəsulzadənın büstünə torba keçirilməsi ilə bağlı son durum haqda nə deyərdiz?” sualına cavabı gözlənilməz olub. “Niyə Rəsulzadının büstü və ya heykəli qoyulmalıdır ki?! Mən bu cür tarixi şəxsiyyət tanımıram, mənim üçün bircə lider var, o da ümummilli lider. Gəncəli gənclər də mənim bu fikrim ilə razıdırlar” deyən N. Həmzəyev Rəsulzadəni satqın adlandırıb: “O bizim İrəvanı və digər torpaqlarımızı satıb. Azərbaycanda qarşı xarici qüvvələrlə sıx əlaqədə olub”.

7News.az-ın məlumatına görə məsələyə münasibət bildirən millət vəkili Naqif Həmzəyev bunun açıq qərəz olduğunu deyib: “Məqalə həmin dialoqun ruhuna tamamilə ziddir. Orada xanım jurnalistin təqdim etdiyi kimi təhqiredici ifadələrdən qəti istifadə olunmayıb. Müəllif həmin söhbəti təhrif edib və mənə qarşı açıq qərəz nümayiş etdirib”

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ