RU
Nardaranda yanğından mühafizə bölməsi açıldı
11:48
2034

Nardaranda yanğından mühafizə bölməsi açıldı

Bölmə 2 ədəd yanğınsöndürmə avtomobilİ ilə təmin edilib.

Bu gün Nardaran qəsəbəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Sabunçu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 24 nömrəli yanğından mühafizə bölməsinin açılışı olub.

7News.Az APA-ya istinadən xəbər verir ki, mərasimdə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev iştirak ediblər. 

Məlumat verilib ki, 30 nəfər şəxsi heyəti olan bölmənin ərazisi 900 kvadratmetrdir. 

Bölmənin inzibati binası ən yüksək standartlara cavab verən müasir avadanlıqla təchiz olunub, şəxsi heyətin fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Bölmə 2 ədəd ən müasir yanğınsöndürmə avtomobilİ ilə təmin edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ