RU
Nardaranda yenə silah-sursat tapılıb
12:29
220

Nardaranda yenə silah-sursat tapılıb

DİN Mətbuat Xidmətindən 7News.Az-a bildiriblər ki, daxil olmuş məlumat əsasında Sabunçu RPİ 42-ci PB əməkdaşları Nardaran qəsəbəsində əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.

Nəticədə Nardaran qəsəbəsi bağlar yaşayış sahəsində sellofan torbada 1 yivli təklüləli tüfəng, nömrəsi silinmiş "Naqan" tipli tapança, alışqanı ilə birgə 1 ədəd "F-1" qumbarası və 39 ədəd avtomat patronu tapılıb.

Faktla bağlı araşdırma aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ